DİN xuliqanlıq hərəkətlərinə məruz qalan idmançı Həsən Əzizovun barışıq ərizəsi yazması, qarşı tərəfi bağışlamasına dair yayılan məlumatlara münasibət bildirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev məlumat verib.
O deyib ki, cinayət-prosessual qanunvericiliyinə görə araşdırılan xuliqanlıq faktı üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirildiyindən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışması onların cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas deyil.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.