İcra hakimiyyətinin işdən çıxarılan əməkdaşı həbs edildi

Sumqayıt şəhər İcra Hakimiyyətində Gənclər üzrə İş şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış 1990-cı il təvəllüdlü Məmməd Həsənov həbs edilib.

Stopnarkotik.az Teleqraf.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl icra hakimiyyətindəki vəzifəsindən uzaqlaşdırılan M.Həsənov Suraxanı rayon Məhkəməsinin hökmü ilə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalarla müəyyən edilib ki, M. Həsənob icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrı-ayrı şirkətlərdə çalışıb. O, daha sonra Habil İsmayılov adlı şəxsi aldadaraq həmin şəxsə sosial mənzil almasını təşkil edəcəyi vədi ilə 8600 manat pula alıb. O pulları internet oyunlarında xərcləyərək sərf edib.
H.İsmayılovun şikayətindən sonra M.Həsənova cinayət işi açılıb.