2011-ci ildə məşhur müğənni İbrahim Tatlısesə qarşı silahlı hücum törədən şəxs kimi məhkum edilən Abdullah Uçmakın sosial media hesabından diqqətçəkən paylaşım edilib.
Stopnarkotik.az lent.az-a istinadla xəbər verir ki, hazırda cəzaçəkmə müəssisəsində olan Uçmak paylaşımında, “Bu ölkədə heç kim sadə yaralama ittihamı ilə 16 il həbsdə qalmayıb. Azadlığa buraxılmağımı istəyirəm” ifadələrini yazıb.
Sözügedən paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xatırladaq ki, Abdullah Uçmak 2011-ci il martın 14-də İbrahim Tatlısesə qarşı törədilən silahlı hücumun təşkilində iştirak etdiyi üçün məhkum olunub.