Həyat yoldaşından Navalnıya ürəksızladan vida - VİDEO

Həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya ürəksızladan paylaşım edib. 

Stopnarkotik.az xəbər verir ki, Navalnı ilə görüntülərini paylaşaan Yuliya yazıb:

"Lyoşa, 26 illik mütləq xoşbəxtliyə görə təşəkkür edirəm. Bəli, xoşbəxtliyin son üç ilinə görə belə. Eşqinə, məni həmişə dəstəklədiyinə, həbsxanadan belə güldürdüyünə görə, həmişə məni düşündüyünə görə...

Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma səni göylərdə mənə görə xoşbəxt etməyə və mənimlə fəxr etməyinə çalışacağam. Bilmirəm, öhdəsindən gələ biləcəyəm, ya yox, amma çalışacağam.

Bir gün mütləq görüşəcəyik. Sənin üçün o qədər danışılmamış hekayələrim var və mənim telefonumda sənin üçün saxladığım o qədər mahnı var ki - axmaq və gülməli, ümumiyyətlə, düzünü desəm, dəhşətli mahnılar var, amma onlar bizim haqqımızdadır və mən çox istəyirdim ki, dinləyəsən.  Mən çox istəyirdim ki, sənin onları dinlədiyini, güldüyünü, sonra da məni qucaqladığını görüm.

Səni sonsuzadək sevirəm. Qəbrin nurla dolsun".