“Ermənistan İrəvanın “Zvarnots” aeroportunda rusiyalı sərhədçilərin fəaliyyəti ilə bağlı Rusiyaya rəsmi məktub göndərib”.
Stopnarkotik.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
“Bizim Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsində aydın mövqeyimiz var. Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın sərhəd xidməti "Zvartnots" hava limanında öz xidmətlərini həyata keçirməlidir", - deyə Qriqoryan qeyd edib.