Türkiyənin ermənidilli “Agos” qəzetinin baş redaktoru Hrant Dinki qətlə yetirən Ogün Samast şərti azadlığa buraxılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
DHA-nın xəbərinə görə, 16 il 10 aydır həbsxanada olan Samastın bir il əvvəl “yaxşı rəftar səbəbi ilə şərti azadlığa buraxılması” çərçivəsində cəzasının tamamlandığı bildirilib.