Qəzza zolağında İsraillə HƏMAS qruplaşması arasında təxminən beş aya yaxın davam edən müharibədə 9 min qadın həlak olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə BMT-Qadınlar təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü il martın 1-nə Qəzza zolağında 9 minə yaxın qadın ölüb.
Təşkilat bu rəqəmin daha yüksək olduğunu irəli sürür, çünki mövcud məlumatlara görə, dağılmış binaların dağıntıları altında daha çox qadın ölüb.
“Hər gün 37-yə yaxın ana ölür, ailələri dağılır, uşaqları müdafiəsiz qalır”, - məlumatda deyilir.
Təşkilatın proqnozlarına görə, müharibənin hazırkı tempi qorunmaq şərti ilə hər gün orta hesabla 63 qadın Qəzzada gedən döyüşlərdən dünyasını dəyişəcək.