“HƏMAS-İsrail savaşına qarışmayın” - ƏSƏDƏ XƏBƏRDARLIQ EDİLDİ

Mümkün regional müharibənin qarşısını almaq istəyən BƏƏ Suriya Prezidenti Bəşər Əsədə xəbərdarlıq mesajı göndərib.

Bu barədə ABŞ-ın “Axios” nəşri məlumat yayıb.

“HƏMAS-İsrail savaşına qarışmayın”, - Suriya başçısına verilən mesajda deyilir.

BƏƏ rəsmiləri ölkələrinin Əsədi Suriyadan İsrailə hücumlara icazə verməməyə çağırıblar.

Məqalədə BƏƏ-nin həm Suriya, həm də İsraillə yaxşı münasibətlərinin olduğu, Əsədə göndərilən mesajla bağlı ABŞ-ın məlumatlandırıldığı bildirilib.