İsrail polisi İsrail vətəndaşı olan fələstinli aktrisa Maisa Abd əl-Hadini HƏMAS-a dəstək verdiyi iddiası ilə həbs edib.
Bu barədə İsrail polisi açıqlama yayıb.
Bildirilir ki, aktrisa sosial şəbəkə hesabında "qadağan olunmuş təşkilatı tərifləyən və nifrət məzmunlu" paylaşımlarına görə Nazaretdə saxlanılıb.