HƏMAS girovlara psixoaktiv maddələr verib ki, azadlığa çıxdıqları gün mübadilə məntəqəsinə gedərkən onları “xoşbəxt göstərsinlər”.
Bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Söhbət "Clonex" (Clonazepam) kimi dərmanlardan gedir. Dərman sakitləşdirici və rahatlaşdırıcı təsirə malikdir və bipolyar və anksiyete pozğunluqlarının müalicəsində istifadə olunur. Onun təsiri 6 saatdan 12 saata qədər davam edir.
Nəşr vurğulayır ki, İsrail Səhiyyə Nazirliyi bu məlumatı bütün dünyada tibb təşkilatlarına yaymalıdır.
Xatırladaq ki, noyabrın 22-də İsrail və HƏMAS bəzi girovların azad edilməsi barədə razılığa gəliblər. Noyabrın 24-də atəşkəs sazişi rəsmi olaraq qüvvəyə minib və dekabrın 1-də səhər saatlarında başa çatıb.