İsrail prokurorluğu xaricdən təxminən 150 qram “zorlama narkotiki” kimi tanınan təhlükəli narkotik (GBL-Qamma Butirolakton) gətirən 35 yaşlı Tel-Əvivli həkimə qarşı ittiham irəli sürüb.
Stopnarkotik.az xəbər verir ki, bu, çərşənbə axşamı, oktyabrın 3-də məlum olub. Həkimin evində şəxsi istifadə həddindən çox miqdarda ketamin, MDMA, mefedron ("memsi") və psilosibin kimi başqa narkotiklər də tapılıb.
Ədliyyə Nazirliyi əvvəlcə həkimin şəxsi məlumatlarını, o cümlədən onun adını versə də, sonradan təqsirləndirilən şəxsin xahişi ilə konkret məlumat verilmədən mesajın yeni versiyasını yayıb.
Tel-Əviv prokurorluğundan vəkil Nitzan Fridmanın irəli sürdüyü ittihamın mətninə əsasən, avqustun əvvəlində ABŞ-dan göndərilən bağlama gömrükdə saxlanılıb. İçərisində həkimin ünvanına göndərilmiş GBL flakonları olub.
Stopnarkotik.az