Hindistan istehsal etdiyi “Akaş” zenit-raket komplekslərini qışda Ermənistana çatdırmağı planlaşdırı.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.
“Ermənistana çatdırılma yaxın bir neçə ayda başlayacaq”, - deyə qeyd edilib.
Nəşr qeyd edib ki, Ermənistan Hindistandan 600 milyon dollar dəyərində silah alıb.
“Akaş” hava hücumundan müdafiə sisteminə Braziliya, Misir, Filippin və digər dövlətlər də maraq göstərir.
Silah 2007-ci ilin dekabrında sınaqdan keçirilib.