Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 26-da və 27-də ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə və 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.