"Həbsxanaların həddən artıq dolması o demək deyil ki, fələstinli məhbusları azadlığa buraxmalıyıq. Onlar terrorçudurlar".
Bu sözləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir "X"də yazıb.
"Əsas problem həbsxanalarda sıxlıq deyil, İsrailin daxili təhlükəsizlik xidməti "Şin-Bet"in məhbusları özbaşına sərbəst buraxmasıdır. Bu yolveriməzdir", - o vurğulayıb.
Xatırladaq ki, Qəzzadakı "Əl-Şifa" xəstəxanasının baş həkimi Məhəmməd Əbu Səlmiyyənin dünən azadlığa buraxılması hökumət və müxalifət nümayəndələri arasında böyük qalmaqal yaratmışdı. Ben-Qvir belə bir qərarı "təhlükəsizlik boşluğu" kimi qiymətləndirmişdi. Milli Birlik Partiyasının sədri, ölkənin keçmiş hərbi kabinetin üzvü, ordu generalı Beni Qants isə hökuməti istefaya çağırmışdı./azvision.az