Haniyənin ölümü ilə bağlı yüksəkrütbəli hərbçilər həbs edildi

İranda HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 20-dən çox şəxs, o cümlədən yüksəkrütbəli hərbçilər həbs edilib.

Bu barədə Stopnarkotik.az xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.