Gürcüstanda yeni qanun - TOKSİKİ MADDƏ, NARKOTİK, ALKOQOL ASILILARININ MƏLUMAT BAZASI YARADILIR

Gürcüstan Parlamenti, Səhiyyə Nazirliyi daxilində ruhi pozğunluqları, alkoqolizm, narkomaniya və toksiki maddə asılılığı olan şəxslərin vahid məlumat bazasının yaradılmasını nəzərdə tutan düzəlişləri üçüncü və son oxunuşda təsdiqlədi.

Verilənlər bazasından məlumatlar dövlət qurumlarının tələbi ilə təqdim ediləcək. Təşəbbüs Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülüb və qeyd edir ki, hazırda bu cür şəxslərin sağlamlıq vəziyyəti barədə tam və etibarlı mərkəzləşdirilmiş məlumat yoxdur. Bu, silah lisenziyaları, xidməti silah gəzdirmək üçün icazələr, sürücülük vəsiqələri və digər icazələr verilərkən qanuni tələblərə uyğunluğun yoxlanılması zamanı problemlər yaradır.

Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib ki, verilənlər bazası işə salındıqdan sonra nazirlik məlumatları tələb edəcək və ona daxil olanların müvafiq lisenziyalarını ləğv edəcək. Qanun prezident tərəfindən imzalandıqdan və dərc edildikdən sonra qüvvəyə minəcək.

Stopnarkotik.az