Gürcüstan Parlamenti Ali Təhsil Qanununa islahatlarla bağlı düzəlişləri birinci oxunuşda qəbul edib.
Stopnarkotik.az xəbər verir ki, Gürcüstanda universitetlərdə bakalavr təhsili dörd il əvəzinə üç il, magistr təhsili isə iki il əvəzinə bir il olacaq və doktoranturaya qəbul üçün əlavə bir il olacaq.
Tam proqramı bitirdikdən sonra 300 kredit qazanan tələbələr Avropa universitetlərində doktorantura təhsili almaq üçün təhsillərini davam etdirə biləcəklər.
Dövlət universitetlərində bakalavr və magistr təhsili Gürcüstan vətəndaşları üçün pulsuz olacaq, lakin fakültələr daxilində kvotalar tətbiq olunacaq.
Onlayn universitetin tətbiqi 2028-ci ilə qədər təxirə salınıb.
2026-cı ildən etibarən Gürcüstandakı dövlət universitetləri artıq beynəlxalq tələbələri qəbul etməyəcək.
Stopnarkotik.az