Gürcüstanda 2026-cı ilin yanvar-mart ayları ərzində 2919 nəfərə narkotiklə əlaqəli cinayətlərdə ittiham irəli sürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Sakstat” məlumat yayıb.
Agentliyin məlumatına görə, yanvar ayında 756 nəfər, fevral ayında 1114 nəfər və mart ayında 1049 nəfər narkotiklə əlaqəli cinayətlərdə ittiham olunub. Təqsirləndirilən şəxslərin ümumi sayından 1886 nəfəri qanunsuz narkotik əldə etməkdə və saxlamaqda, 132 nəfəri isə onları satmaqda ittiham olunur.
Bu arada, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ilin birinci rübündə narkotiklə əlaqəli cinayətlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.
Ümumilikdə ilk 3 ayda 3553 cinayət qeydə alınıb. Onlardan 2378-i narkotik saxlamaqla, 242-si isə narkotik satışı ilə bağlıdır.
Stopnarkotik.az