Gürcüstan parlamenti “xarici təsir” qanununa qoyulan vetonu ləğv etdi - YENİLƏNİB

Gürcüstan parlamenti Prezidünt Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib.

​​​​​​Stopnarkotik.az yerli KİV-lərə istinadən xəbər verir ki, parlamentin plenar sessiyasında keçirilən səsvermədə 84 deputat vetonun aradan qaldırılmasını dəstəkləyib, 4 deputat isə qərara qarşı çıxıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub .

***14:25

Gürcüstan parlamenti Prezidentin mübahisəli “xarici təsir” qanununa qoyduğu vetonun ləğvini müzakirə edir.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, parlamentin gün ərzində səsvermə keçirməsi gözlənlir.
Müzakirəyə parallel olaraq parlament binasının ətrafında etiraz aksiyası keçirilir. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü Arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.