Gürcüstan narkotik aşkarlanması tədbirlərini gücləndirəcək - RƏSMİ AÇIQLAMA

Gürcüstan sərhədlərində, limanlarında və hava limanlarında narkotik və digər qadağan olunmuş maddələrin tranzitini aşkar etmək üçün xüsusi qruplar yaradılacaq.

Stopnarkotik.az xəbər verir ki, ölkənin DİN nazirinin müavini Aleksandr Daraxvelidzenin sözlərinə görə, bu məqsədlə artıq 16 bölmə yaradılıb və onlar Gömrük Xidməti ilə birlikdə gecə-gündüz işləyəcək.

Məsələ ilə bağlı Gömrük Məcəlləsinə düzəlişlər hazırlanıb və hazırkı parlament iclasında təsdiqlənməsi planlaşdırılır. Birgə qruplar şübhəli və riskli yüklərə diqqət yetirərək yükləri həm yerində, həm də mərkəzləşdirilmiş şəkildə yoxlayacaqlar. Bu mexanizm yalnız qabaqlayıcı tədbir kimi yox, həm də ozuntu faktlarını aşkarlamağa imkan verəcək.

Rəsmi açıqlamaya görə, monitorinqin artması Gürcüstan ərazisindən narkotik tranzitinin artması ilə bağlıdır.

Stopnarkotik.az