Göyçay rayonunda kimliyi bəlli olmayan qadın şəhərdə geyimsiz görüntülənib.
Göyçay şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığında görünən qadını polis əməkdaşları ərazidən uzaqlaşdırıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib.