Narkomaniyanın fəsadları barədə yeniyetmə və gəncləri maarifləndirmək məqsədilə Göyçay Rayon Polis Şöbəsinin təşəbbüsü ilə şəhər 2 saylı orta məktəbdə şagirdlərlə növbəti görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev görüşdə məktəblilərə narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanından danışıb, narkomaniyanın səbəb olduğu faciələrdən real faktlara istinad edib. Bu bəlaya qarşı aparılan qətiyyətli mübarizədən söz açan şöbə rəisi yeniyetmələrə zərərli vərdişlərin aludəçisi olan şəxslərin təsiri altına düşmədən sağlam həyat yaşamalarını tövsiyə edib.
Daha sonra polis əməkdaşları mövzu ilə əlaqəli məktəblilərin suallarını cavablandırıblar.