Göyçayda alça yığan kişi ağacdan yıxılıb öldü

Göyçayda 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Bığır kəndi ərazisində baş verib.

Kənd sakini 1975-ci il təvəllüdlü Müşfiq Kamal oğlu Şirinov həyətindəki ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.