Göyçay şəhərində parkda yaşıl ağacları və gül bitkilərini oğurlayan şəxs tutulub.
Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1992-ci ildə Göyçay rayonunda anadan olmuş Adil Cəfərov (ad-soyad şərti) saxlanılıb.
Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə məsuliyətə cəlb olunub və iş məhkəməyə göndərilib.
Məlum olub ki, hadisə başında yaxalanan şəxs qaçmağa da cəhd edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 gün müddətə inzibati qaydada həbs olunub.