Göyçayda 31 yaşlı qadın intihara cəhd etdi

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü İsmayılova Nuranə Fəzail qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.