Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd magistral yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki "Mercedes" markalı minik maşınıları toqquşub. Qəza zamanı 1956-cı il təvəllüdlü G.Aslanova və onun nəvəsi 2021-ci il təvəllüdlü G.Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.