Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 111 nəfərə çatıb - YENİLƏNİB - 5

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.

Stopnarkotik.az xəbər verir ki, xəstələrin bəziləri xəstəxanaya yerləşdirilib.

Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi qeyd olunur.

*** 22:27

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, agentliyin əməkdaşlarından ibarət mütəxəssis qrupu əraziyə ezam olunub. Hazırda müvafiq araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə məlumat veriləcək.

*** 20:10

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.

APA-nın yerli bürosunun məlumatına görə, xəstələrin bəziləri Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yas mərasimdə iştirak edən 93 nəfərin zəhərləndiyi qeyd olunur.

**

***19:45

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.

Mərasimdə iştirak edən 80-nə yaxın insan xəstəxanaya çatdırılıb.

Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 19:07

Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.

Məlumata görə, bu say daha da arta bilər.

***18:33

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonda keçirilən yas mərasimlərin birində baş verib.

Belə ki, 40 nəfərdən çox vətəndaş zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.