Gəncədə məktəblilər arasında insident - ŞAGİRD XƏSARƏT ALDI

Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib.

Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub.

Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir