Daxili işlər Nazirliyi (DİN) Gəncə şəhərində orta yaşlı kişinin küçədə itləri güllələməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, həmin görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi məlumatlıdır:
“Hazırda araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, itlərin güllələnməsi barədə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən göstəriş verilib.
İH-dan isə oxu.aza-a bildirilib ki, qurum tərəfindən sahibsiz küçə heyvanlarının güllələnməsi ilə bağlı heç bir göstəriş verilməyib.