Gəncədə gözəllik salonunda ŞOK OLAY: kişi arvadının üstünə "kislota" tökdü

Gəncədə dəhşətli hadisə baş verib.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən gözəllik salonlarından birində qeydə alınıb.

Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Hüseynov arvadı, 1987-ci il təvəllüdlü Nərminənin işlədiyi gözəllik salonuna gələrək onun üzərinə kislata töküb.

Qadın xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A.Hüseynov polislər tərəfindən saxlanılıb.

Araşdırma aparılır.