Gəncədə 30 yaşlı kişi qəflətən DÜNYASINI DƏYİŞDİ - FOTO

Gəncədə evdən meyit tapılıb.

Stopnarkotik.az apa-a istinadən xəbər verir ki, məlum hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1993-cü il təvəllüdlü İsmaylov Elzar telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdəndə FHN-in 112 xidmətinə məlumat verilib.

Hadisə yerinə gələn FHN xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə evin qapsını açıblar. Mənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyiti evin vanna otağından aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə 30 yaşlı E.İsmayılov ürək tutmasından ölüb.

Gəncədə 30 yaşlı kişi qəflətən dünyasını dəyişib

Qeyd edək ki,Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin sinifdənxaric, məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.

Faktla bağlı araşdırma aparılır.