Amerikalı iş adamı, Twitter sosial şəbəkəsinin rəhbəri İlon Mask süni intellektin hərbi məqsədlər üçün istifadə olunacağını proqnozlaşdırıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, milyarderin sözlərinə görə, bütün dünyada süni intellekt ilk növbədə silahların hazırlanması üçün istifadə olunacaq.
"O bildirib ki, döyüş meydanında insandan daha sürətli reaksiya verən mükəmməl bir silaha sahib olmaq, həqiqətən də süni intellektin qadir olduğu şeydir.
Mask vurğulayıb ki, ordunun neyron şəbəkələrdən istifadəsinin əsas modeli pilotsuz təyyarələrə nəzarət etmək olacaq: “İnkişaf etmiş ölkələr və ya çoxlu sayda pilotsuz uçuş aparatları olan ölkələr arasında gələcək müharibələr əsasən süni intellektlə dron müharibələri olacaq”.