Əfv Komissiyasının iclasları başa çatıb - 700-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb.

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilib.