Fransada uşaqlara sosial media qadağası gündəmə gəldi

Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər 15-16 yaşdan kiçik şəxslər üçün sosial medianı qadağan etmək niyyətindədir.

Stopnarkotik.az bu barədə “Figaro” qəzetinə istinadla xəbər verir.  

Hazırda yalnız Avstraliya hökuməti 16 yaşdan kiçik şəxslər üçün sosial mediadan istifadəni rəsmi olaraq qadağan edib.

“Bloomberg” Fransa, İspaniya və Yunanıstanın sosial media istifadəçiləri üçün məcburi yaş məhdudiyyətləri tətbiq etməyi düşündüyünü bildirmişdi. İndoneziya və Türkiyədən olan nazirlər də sosial media istifadəçiləri üçün yaş məhdudiyyətlərinin tətbiq edilməsi ehtimalı barədə açıqlamalar veriblər.

Stopnarkotik.az