Əfqanıstanda 5,1 bal gücündə zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Yanvarın 3-də də Əfqanıstanda 5,9 bal gücündə yeraltı təkan olub.