BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi xəbərdarlıq edir ki, Mozambikin sahil zolağı Əfqanıstandan gələn heroin üçün dəhliz kimi istifadə olunur.
Stopnarkotik.az xəbər verir ki, Mozambikdə heroin ən çox ixrac edilən əmtəə kimi kömürdən sonra ikinci yerdədir. Hər il 40 tona qədər heroin ölkə ərazisindən keçə bilir.
Mozambik Avropa bazarına çıxmağa çalışan heroin tacirləri üçün mühüm tranzit nöqtəsidir.
Mozambikdən keçən narkotikin ümumi ixrac dəyərinin təxminən 100 milyon dolları narkotik tacirlərindən və rüşvətdən əldə edilən gəlir şəklində qalır.
Stopnarkotik.az