Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirilir.
Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatı alınıb. Onların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.
Məsələ ilə bağlı Ayla Kərimova açıqlamasında faktı nə təkzib, nə də təsdiq edib.
O, məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:
“Bu barədə heç bir məlumatım yoxdur”.
Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Xalq artisti Murad Adıgözəlzadədir.
O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 207 xalla 3-cü yeri tutmuş Aysel Teymurzadənin həyat yoldaşıdır./demokrat.az