Ermənistanla danışıqlarda nəticələrin əldə ediləcəyinə ümidvarıq - İlham Əliyev

Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib.

Stopnarkotik.az xəbər verir ki, dövlət başçısı bu barədə avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən bildirib.

Azərbaycan lideri tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu qeyd edib.