Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açıb.
Viqen Sarkisyan qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və bununla da dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.
Bu barədə prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sarkisyanın vəkili artıq ittihamla bağlı məlumatlandırılıb.
İş materiallarına əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçulara 71 mənzilin ödənişsiz şəkildə verilməsi məqsədilə 2018-ci il yanvarın 18-də çağırılan iclas ərəfəsində Viqen Sarkisyan 26 hərbi qulluqçunun və hərbçi olmayan daha üç şəxsin benefisiarlar siyahısına daxil edilməsi ilə bağlı göstəriş verib.
Sarkisyana qarşı həbs-qətimkan tədbiri olaraq ikiaylıq həbsinə qərar verilib və barəsində axtarış elan olunub.
Mənbə: Erməni KİV