Ermənistanın Hindistandan alacağı “Akaş” zenit-raket kompleksinin qiymətinin 500 min dollara yaxın gözlənilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilən “Akaş” zenit-raket kompleksləri daxili elektron əks tədbirlər imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.
O, 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və İHA-ları effektiv şəkildə vura bilir. Kompleks tam avtomatikdir və hədəfləri tez aşkar edərək məhv edir.
Aktiv və passiv müdaxiləyə yüksək dərəcədə davamlıdır. Tez nəql edilə bilər və tez bir zamanda yerləşdirilə bilər.
Çoxsaylı hədəfləri vurmaq və pilotsuz uçuş aparatları (PUA), qanadlı raketlər və helikopterdən buraxılan raketlər kimi manevr hədəflərini məhv etmək qabiliyyəti ilə Akaş İrəvanın əks-dron müharibəsi ehtiyacları üçün yaxşı vasitədir.
Hindistanın “Akaş” zenit-raket kompleksinin Ermənistana tədarükünün bir neçə aydan sonra başlanacağı gözlənilir. \\KONKRET.az