“Fransa silahlarının iranlıların əlinə keçməsi kifayət qədər yüksəkdir və Fransa kəşfiyyat mənbələri “Parisin Ermənistana silah ixracı üçün logistika qurmağa başladığını təsdiqləyib”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fransa müsəlmanlarının əsas media resursu olan “Musulmans en France” yazıb.
“Tehran və Moskvanın müttəfiqi Ermənistanın Azərbaycan və NATO üzvü olan Türkiyəyə qarşı hərbi baxımdan güclənməsi, çox güman ki, bütün Qafqazı və Mərkəzi Asiyanı İran və Rusiyanın əlinə keçirəcək”, deyə nəşr yazır.
“Fransanın Ermənistana hərbi texnika tədarükü onun beynəlxalq siyasətinin uyğunsuzluğunun bariz nümunəsidir, çünki söhbət Ukraynadan gedəndə Paris ərazi bütövlüyünə təcavüzü pisləyir, Azərbaycana gələndə isə bu prinsipi dəstəkləyir”, deyə “Musulmans en France” vurğulayır.
“Fransa Ermənistanı silahlandırmaq niyyətində ikili məqsəd güdür. Bir tərəfdən, ölkə daxilində sözükeçən franko-erməni elektoratını razı salmaq. Ermənistanın sərhədlərini, hansı ki, Azərbaycan onu təhdid etmir, qorumaq adı ilə ona hərbi texnikanın verilməsi dolayısı ilə Qarabağdakı erməni separatçılarını hərbi baxımdan gücləndirmək məqsədi güdür. Bu siyasət beynəlxalq hüquqa ziddir və hüquq həmişə ermənilərin tamah saldığı bu bölgənin Azərbaycan ərazisinin ayrılmaz parçası olduğunu bəyan edib. Digər tərəfdən, bu strategiya Fransanın və yeri gəlmişkən, Avropanın təbii sərvətlərlə zəngin və strateji geosiyasi əhəmiyyət kəsb edən regionda Ermənistan vasitəsilə öz rolunu davam etdirməsinə imkan yaratmaq üçün gizli ümidə yönəlib”.
Stopnarkotik.az