Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər

Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan danışıb.

O qeyd edib ki, danışıqlar nəticəsində razılıq əldə olunarsa, Ermənistan avadanlıqların pulunu ödəyəcək:

"Ermənistanın ən zəif tərəflərindən biri hava hücumundan müdafiədir. Bizə yeni keyfiyyət lazımdır".

Qeyd edək ki, Ermənistanda səfərdə olan Fransa XİN başçısı Ketrin Kolonna ölkəsinin İrəvana hərbi texnika verməyə hazır olduğunu bildirib.