Ermənistan Azərbaycan əsgəri ilə bağlı qondarma cinayət işinə xitam verdi

Zəngəzur vilayətinin Gorus rayonunun Dığ kəndi yaxınlığında şərti sərhədi keçdiyinə görə saxlanılan azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı açılan cinayət təqibinə xitam verilib.

Stopnarkotik.az bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, Pənahovun “Azərbaycan postunun hərbçiləri arasında baş verən insidentdən sonra qaçmağa cəhd etdiyi və erməni mövqeləri yaxınlığında aşkarlanması barədə məlumat daxil olub”.