2020-ci ilin sentyabr ayı Azərbaycan tarixinə 44 günlük müharibənin başlandığı ay kimi daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
“Ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində Ermənistan – Azərbaycan şərti sərhədində mühüm yüksəkliklər nəzarətə görtürülüb. Bu il də sentyabr ayı başlamağa macal tapmamış yenidən erməni təxribatları qeydə alınıb… Cümə təxribatının nəticəsi Ermənistan tərəfdən dörd hərbçinin ölümü və çox sayda hərbi qulluqçunun yaralanması, eləcə də texnikanın məhv edilməsi olub”, – videomaterialda vurğulanır.
Qeyd olunur ki, baş verənlər budəfəki sentyabrın da gərgin keçəcəyindən xəbər verir.