Ötən həftə qurucusu və rəhbərini itirən “Vaqner” özəl hərbi şirkətin muzdluları Ermənistana yerləşiblər.
Bu barədə Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Sefilian məlumat yayıb.
Vaqnerçi”lər Ermənistana gəliblər. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdirildiyini və 3 gün əvvəl İrəvandakı otellərin birində hansı məşhurlarla görüşdüyünü belə bilirik”, - deyə Sefilian qeyd edib.
Qeyd edək ki, Milli Demokratik Qütb Şurası Ermənistanda “Sasna Tsrer” müxalifət partiyası və bir sıra partiyasız siyasətçilərdən ibarət parlamentdənkənar müxalifət təşkilatıdır./bizim.media