Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin edildi - FOTO

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Nazirlikdən Stopnarkotik.az-a bildirilib ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Mətanət Tələt qızı Əfəndiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsinə təyin olunub.