İkinci Qərb Rayon Hərbi Məhkəməsi böyük dələduzluq işi üzrə keçmiş vəkil Elman Paşayevin həbs müddətinin qanuni uzadılmasını tanıyıb.
Bu barədə TASS məlumat yayıb.
Paşayevin barəsində seçilmiş həbs-qətimkan tədbiri hərbi müstəntiqlərin tələbi ilə 2025-ci il yanvarın 15-dək uzadılıb.
Keçmiş vəkil dələduzluqda təqsirini boynuna almayaraq ona qarşı cinayət işini sifarişli adlandırıb.
Noyabrın 13-də hərbi məhkəmə Paşayevin həbs müddətini uzadıb. O , 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb. Azərbaycanlı keçmiş vəkil böyük miqyasda dələduzluqda ittiham olunur.