Elektron siqaretlər düşünüldüyü kimi zərərsiz deyil-ARAŞDIRMA

Elelktron siqaretlər adi siqaretin zərələrini azaltmaq yaxud onu tərgitmək üçün meydana çıxıb. Amma məlum olur ki, məsələ düşünüldüyündən fərqlidir.

Stopnarkotik.az xəbər verir ki, ələlxüsus, tibbi araşdırmaların inkişaf etdiyi şəraitdə ənənəvi olaraq zərərsiz hesab edilən məhsulların zərərli olduğu aşkarlanır. Əlbəttə ki, söhbət veypdən gedir.

Kaliforniya alimləri 3500-dən çox veyp istifadəçisini tədqiq edərək onların hüceyrələrində adi siqaret istifadəçilərində müşahidə olunan dəyişikliklərə oxşar dəyişikliklər aşkar ediblər. Belə ki, electron siqaretlər insanın DNT-sini dəyişdirə və yanaq xərçənginə səbəb ola bilər. Məlum olub ki, hətta elektron siqaretdən yüz dəfə istifadə ağız boşluğunda geridönülməz dəyişikliklərə səbəb ola bilər.

Stopnarkotik.az