Eks-prezident ABŞ-a kokain ötürmək üçün narkokartellə "əl-ələ verib"

Eks-prezident ABŞ-a kokain keçirmək üçün narkokartellə "əl-ələ verib". Söhbət Hondurasın sabiq prezidentindən gedir. 
Stopnarkotik.az xəbər verir ki, keçmiş Honduras prezidenti Xuan Orlando Hernández, təxminən on il ərzində ABŞ-a "külli miqdarda kokain" keçirmək üçün narkobaron El Çaponun "Sinaloa" karteli və bədnam "MS-13" dəstəsi ilə "əl-ələ verib" işləyib. Bu Nyu York məhkəməsində çərşənbə günü açıqlanıb.
Narkotik kartelləri Hernandezin 2014-cü ildən 2022-ci ilə qədər Mərkəzi Amerika ölkəsinə rəhbərlik etməsinə dəstək veriblər. Belə ki, Hernandezə milyonlarla rüşvət yağdıraraq, onun siyasi təşviqat kampaniyalarını maliyyələşdiriblər, onu hakimiyyətdə saxlamaq üçün yerli seçkilərə müdaxilə ediblər. Bu açıqlamaları Manhetten federal prokuroru David Robles münsiflərə bildirib.
55 yaşlı Hernández, 2022-ci ildə həbs olunduğundan bəri Bruklin federal həbsxanasında saxlanılır. O, narkotik və silah qaçaqmalçılığı ittihamı ilə təqsirli bilinərsə, sabiq prezidenti məcburi minimum 40 il həbs cəzası gözləyir.

Stopnarkotik.az