Stopnarkotik.az bir neçə gün əvvəl iranlı narkobaron Naci Şərif Zindəştinin dövlət tədbirində təltif olunması haqda informasiya vermiş və videogörüntüləri oxucuları ilə paylaşmışdı. Hazırda isə onun İranın beynəlxalq narkotik şəbəkəsi ilə qaranlıq əlaqəsi üzə çıxıb.
Əslində, bu barədə əvvəllər də xarici mediada çox yazılıb. Lakin bu dəfə SEPAH-ın beynəlxalq narkotik qaçaqmalçılığı və adam oğurluğu ilə məşğul olan Naci Şərifi Zindəşti ilə əlaqəsi aşkar edilib.
Naci Şərifi Zindəştinin rəhbərlik etdiyi şəbəkə SEPAH-ın yüksək rütbəli rəsmilərinin köməyi ilə hazırda İranın 1 nömrəli narkotik maddəsi ilə məşğul olan kartelə çevrilib.
Məlumata əsasən, son vaxtlar narkotik ittihamı ilə məhbusların edamının artması da SEPAH daxilindəki qruplaşmaların bir-birinə əzələ nümayişinin nəticəsidir.
Zindəşti və əməkdaşları İranın narkotik maddələr bazarında böyük imkanlara malikdir. Tehranın narkotik bazarında satılan maddələrin 35 faizi, İran üzrə isə narkotik qaçaqmalçılığının 20 faizi Zeyndəştiyə məxsusdur.
Zindəşi bir neçə ildir ki, yaxın dostlarından ibarət “Dostlar Klubu” adlı qurum yaradıb. Həmin klubun üzvləri SEPAH-ın, İran Milli Təhlükəsizlik Şurasının, Tehran Bələdiyyəsinin yüksək vəzifəli işçiləri, həmçinin parlamentin deputatlarıdır.
Zindəşti həmin vəzifəlilərə rüşvət verməklə yanaşı, davamlı olaraq İranın yüksək vəzifəli rəsmilərini tiryək və heroinlə təmin edir. Onların bir neçəsi narkotik maddələrinin ticarəti üzrə Zindəşti ilə əməkdaşlıq edir və Tehranın narkotik bazarında onun fəaliyyətinə göz yumurlar.
Naci Şərifi Zindəşti narkotik maddələrinin qaçaqmalçılığı səbəbindən illər öncə edama məhkum olunub və 1997-ci ildə həbsxanadan qaçaraq Türkiyəyə gedib və bu ölkəyə narkotik maddələrin ixracını həyata keçirib.
Zindəşti ETTELAAT və SEPAH-la iki sahədə: İran rejiminə müxaliflərə sui-qəsd etmək və oğurlamaqda əməkdaşlıq edir.
Habelə, İranın təhlükəsizlik orqanlarının dəstəyi ilə narkotik maddələrin Avropaya qaçaqmalçılığı ilə məşğul olur.
Zindəşti ötən illərdə müxaliflərə qarşı sui-qəsdlərdə və onların oğurlanmasında İranın yüksək vəzifəli rəsmiləri ilə əməkdaşlıq etdiyinə görə, ETTELAAT-ın yüksək rütbəli komandirlərinin etibarını qazanıb və 2 il öncədən onlarla sıx əməkdaşlığa başlayıb.
Stopnarkotik.az